AZ

İordaniyada “Yaşıl anım”

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə və 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı İordaniya Haşimilər Krallığının paytaxtı Əmman şəhərinin Heydər Əliyevin adını daşıyan küçəsində ağacəkmə aksiyası keçirilib.

Əmman Böyükşəhər Bələdiyyəsinin nümayəndələri və Yeni Bədr Bələdiyyə­sinin rəhbər heyətinin, eləcə də Azər­baycan diaspor fəallarının və səfirliyin əməkdaşlarının iştirakı ilə təşkil edilən aksiyada səfir Eldar Səlimov Ümummilli liderin həyatı və fəaliyyətindən bəhs edib. 

Səfir qonaqların diqqətini Ulu öndə­rin dövlətimizin və xalqımızın istər SSRİ dönəmində, istərsə də müasir tarixindəki roluna yönəldərək, Prezident İlham Əli­yevin rəhbərliyi ilə dünya miqyasında bö­yük nüfuz və ehtiram sahibi olan bugün­kü Azərbaycanın məhz Ümummilli liderin mirası olduğunu vurğulayıb. 

Əmman Böyükşəhər Bələdiyyəsinin Ətraf mühit və rayonlar Baş İdarəsinin rəisi Zaid Al Saada və Yeni Bədr rayo­nunun baş arxitektoru Yahya əl-Hasa­nat çıxış edərək, iki dost ölkə arasında əlaqələrin inkişafından məmnunluqlarını bildirib və ağacəkmə aksiyasının keçiril­məsini yüksək qiymətləndirib. 

Sonra tədbir iştirakçılarının iştirakı ilə ağaclar əkilib.

XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla