AZ

Vaxtı keçmiş kreditlərin kredit portfelində payı üzrə – BANKLARIN RENKİNQİ, SİYAHI (YANVAR-MART, 2024)

Azərbaycanda bank sektorunun əsas «çörək ağacı» kredit portfelidir – banklar öz vəsaitlərini müxtəlif alətlərlə idarə eptsələr də onların gəlirlərinin əsas hissəsi məhz kreditlərdən formalaşır.

FED.az xəbər verir ki, son dövrlər kredit portfelinin sürətli artımı müşahidə edilsə də vaxtı keçmiş kreditlərin həcmi demək olar ki, artmır.

Hazırda ölkə banklarında 24,1 milyard manat kredit portfelinə qarşı vaxtı keçmiş kreditlərin ümumi məbləği 470 milyon manat təşkil edir. Bu ümumi kredit portfelinin 2%-indən də aşağıdır.

FED.az 2024-cü ilin 1-ci rübünü nəticələrinə görə, bankların vaxtı keçmiş kreditlərinin həcminə görə müqayisəli  təhlilini araşdırıb.

2024-cü ilin 1-ci rübünün nəticələrinə əsasən vaxtı keçmiş kreditlərin bankın kredit portfelində payına görə ən böyük göstərici “Bank Avrasiya”ya məxsusdur, bu bankda kredit portfelinin 18%-nin vaxtı keçib. Son vaxtlar sürətlə çəki itirən «Naxçıvan Bank»ın vaxtı keçmiş kreditləri isə 13,6%-ə çatır.

Vaxtı keçmiş kreditlərlə bağlı ən yaxşı göstəricilərdən biri «Bank Respublika»dadı – ümumi portfelin 0,83%-i. Ən az vaxtı keçmiş kredit payı «Azər Türk Bank»dadır – cəmi 0,76%.

Digər banklar və rəqəmlər aşağıdakı cədvəldə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
Mənbələr
Şərh ()
Bağla