AZ

Parlamentdə Paşinyanın impişmenti tələb olunacaq

İrəvanda etiraz aksiyalarına rəhbərlik edən arxiyepiskop Baqrat Qalstanyan deyib ki, onların növbəti addımı parlamentdə Paşinyana etimadsızlıq səsverməsi və onun istefasına nail olmaqdır.

“Bu prosesin təşkilini parlamentdəki üç fraksiya ilə müzakirə edəcəyik. Paşinyan yenə susarsa, biz dinc itaətsizlik aksiyaları təşkil edəcəyik”.

Modern.az xəbər verir ki, Baqrat Qalstanyan parlament fraksiyalarının deputatları ilə Nikol Paşinyanın istefası prosesinə başlamaq məsələsini müzakirə edib.

Müzakirələrdə “Ermənistan” fraksiyasının deputatları Artsvik Minasyan, Seyran Ohanyan, Qarnik Danielyan, İşxan Saqatelyan iştirak ediblər. Onlara “Mənim şərəfim var” fraksiyasından olan deputat Tiqran Abramyan da qoşulub.

Baqrat Qalstanyan İrəvanda və Ermənistanın bölgələrində tətillər və dinc itaətsizliyə çağırıb.

“Mayın 10-da saat 10:00-dan etibarən şəhərin bütün mümkün ərazilərində dinc itaətsizlik aksiyaları keçirməyə başlayacağıq. Bütün universitetlərə, təhsil təşkilatlarına müraciət edirəm. Bu gün tətilə başlayacağıq! Mən regionların sakinlərini də itaətsizlik aksiyalarına başlamağa çağırıram”, – Baqrat Qalstanyan bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
3
Mənbələr
Şərh ()
Bağla