AZ

İş adamının oğlunun öldüyü qəzada gühahlandırılan şəxs yenidən kassasiya şikayəti verdi

Tanınmış alim və iş adamı olan Mirzəxan Mənsimovun oğlunun yol qəzasında ölümünə səbəb olmaqda təqsirləndirilən Xəlil Əsədlinin barəsindəki qərardan yenidən kassasiya şikayəti verilib.   

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Rəşad Abdulovun sədrliyi ilə araşdırılacaq. 

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Xatırlatma: Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, zərərçəkmiçin hüquqi varisinin şikayəti və prokurorun protesti qismən təmin edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilib.
 

Belə ki, Xəlil Əsədlinin 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası artırılaraq, 6 ilə qaldırılıb. O, məhkəmə zalından həbs edilib. Hökmdən narazı qalan məhkum kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Sonra təqsirləndirilən şəxs kassasiya şikayətini geri götürüb. 
 

Qeyd: 1993-cü il təvəllüdlü Xəlil Əsədli "BMW” markalı avtomobillə ağır qəza törədib. Nəticədə 1994-cü il təvəllüdlü Nurlan Mənsimli ölüb.  
Sürücünün barəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma – ölümlə nəticələndikdə) maddəsi ilə ittiham irəli sürülüb..

 

İttihama görə, "BMW" markalı avtomobil Nurlana məxsus olub və həmin vaxt nəqliyyat vasitəsini Xəlil sərxoş halda idarə edib. Onlar 20 noyabr tarixində saat 05:25-də Səbail rayonu ərazisində - Şeyx Şamil və Abdulla Şaiq küçələrinin kəsişməsində metronun “İçərişəhər” stansiyasından üzü Nərimanov heykəlinə doğru hərəkətdə olarkən avtomobil Xəlilin idarəetməsindən çıxaratq sürətlə maneəyə çırpılıb.

 

Xatırlatma: Nurlan Mənsimlinin atası, tanınmış coğrafiyaçı alim, həmçinin “İqlim” MMC-nin rəhbəri olan Mirzəxan Mənsimovdur. O, məhkəmədə ifadəsində Xəlilə ağır cəza verilməsini istəyib.

 

Tarix: 10 May 2024, 08:46   

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
Mənbələr
Şərh ()
Bağla