AZ

Millimizin oyunlarının vaxtı və yeri dəqiqləşdi

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Türkiyə ilə keçirəcəyi oyunların vaxtı müəyyənləşib.

Futbolinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, B Liqasının 1-ci qrupunda yer alan komandalar arasında ilk görüş mayın 31-də Ərzincanda baş tutacaq.

“13 Şubat” şəhər stadionundak qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Qardaş ölkə təmsilçisi ilə iyunun 4-də “Dalğa Arena”da keçiriləcək matçın start fiti isə saat 19:00-da səslənəcək.

Yığmamızın son tur çərçivəsində İsveçrə ilə səfər görüşünün isə məkanı bəlli olub. Bakı vaxtı ilə saat 21:00-da başlayacaq oyun Lozannadakı “Olimpik De La Pontez”də təşkil ediləcək.

Qeyd edək ki, iki turdan sonra millimiz 1 xalla qrupda sonuncu pillədə qərarlaşıb. İkinci sıradakı Türkiyənin isə aktivində 3 xal var.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
1
Mənbələr
Şərh ()
Bağla