AZ

Berlində 9 May aksiyalarında azı 10 nəfər saxlanılıb

Almaniyanın paytaxtı Berlində mayın 9-da keçirilən aksiyalarda polis azı 10 nəfəri saxlayıb.

“Report” xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, həbslər iştirakçıların qadağan olunmuş simvolları: Rusiya Federasiyasının, SSRİ-nin bayraqlarını, V və Z simvollarını nümayiş etdirməsi səbəbindən baş verib.

Bundan əlavə, polis etirazçıları hərbi forma geydiklərinə və hərbi mahnılar oxuduqlarına görə saxlayıb.

Polis memorialların girişində iştirakçılarda Almaniyada qadağan olunmuş əşyaların və simvolların olub-olmadığını yoxlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
1
Mənbələr
Şərh ()
Bağla