AZ

Milli boksçunu məşq zamanı ilan sancıb

Türkiyənin milli boksçusu Rabia Topuzu Malatyada məşq edərkən ilan sancıb. 
Sherg.az xəbər verir ki, milli komandanın düşərgəsindən qayıdan Topuz milli atlet Xədicə Akbaş və məşqçi Kerem Akbaşla dünən məşq etmək üçün Akçadağ rayonundakı Kotan gölünə gedib.

Topuzun çöldə qaçarkən ayağını ilan sancıb.

Qoç Akbaşdan ilkin yardım alan Topuz Akçadağ dövlət xəstəxanasına aparılıb.

Milli idmançı orada edilən müdaxilənin ardından Malatya Təhsil və Araşdırma xəstəxanasına sövq edilib.

Topuzun müalicəsi reanimasiyada davam edir.

Türkiyə Boks Federasiyasının prezidenti Eyüp Gözgeç Rabia Topuzun səhhəti ilə bağlı açıqlama verib.

İdmançının səhhətinin getdikcə yaxşılaşdığını deyən Gözgeç əlavə edib:, "Onun müalicəsi Malatya Təhsil və Araşdırma xəstəxanasında davam edir. Bu gün dünənkindən daha yaxşıdır, ilk kritik 24 saatı sağ çıxarıb, bu gün isə ehtiyat tədbiri olaraq reanimasiyada müalicə olunur. Həkimlər deyirlər ki, vəziyyəti yaxşıdır, sabah normal olacaq”. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
147
1
Mənbələr
Şərh ()
Bağla