AZ

Çadda prezident seçkilərinin ilkin nəticələri açıqlanıb

Çadda mayın 6-da keçirilən prezident seçkilərində Mahamat İdriss Debi qalib olub.

APA xəbər verir ki, bu barədə Seçkilərin İdarə Edilməsi üzrə Milli Agentliyin (Seçki Komissiyası) rəhbəri Əhməd Bartşir ilkin səsvermənin nəticələrini açıqlayarkən bildirib.

Hazırkı dövlət başçısı 61 faiz səs toplayıb.

İkinci yerdə 18,5% səslə baş nazir Xuxe Masrad, üçüncü isə 16,9% səs toplayan keçmiş baş nazir Albert Pahimi Padaquedir.

Yekun nəticələrin iyunun 5-də açıqlanacağı gözlənilir.

Seçkilərdə seçici fəallığı 75% olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
2
Mənbələr
Şərh ()
Bağla