AZ

Qusar meşələrində tikinti: Nazirlik inkar etdi, ekofəallar faktlar göndərdilər...

Qusarda meşədə ağacların kəsilməsi ilə bağlı bir ekofəalın sosial şəbəkədə paylaşdığı videogörüntülər müzakirələrə səbəb olub.

Ekofəallar qeyd edirdilər ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 hektar ərazinin sotunu 3 min manat satıb.

Ərazidə ağaclar nömrələnib və artıq bir çox ağac kəsilərək kötüyü də çıxarılıb.

Sıx meşəlik olan ərazinin bir hissəsinin necə "təmizləndiyi" aydın görünür.

İddia olunub ki, bu ərazini alan şəxs ev tikintisi üçün hazırlıq görür.

Ekofəallar "Facebook"dakı "Ecofront" səhifəsində yazıblar: "Dünən Qusar şəhər meşəsində olduq. Apardığımız müşahidələr əsasında 4200+ iri diametril ağacın kəsim üçün nömrələndiyini aşkar etdik (xəritədə qırmızı ilə işarənmiş hissələr). Nömrələnmiş ağaclar şəhərin iki hissəsində var (şimal və qərb). Qərb istiqamətindəki meşədə 3 yerdə (sarı işarə) qırıntı olduğunu müəyyən etdik. Ağaclar kəsilib və köklərindən çıxardılaraq meşənin içərisində gizlədilib. Qırıntının olduğu birinci yerdə artıq tikinti işlərinə başlanılıb. Bizdə olan məlumata görə Qusar rayonundan 22.3 hektar meşə fondu torpağı Qusar Bələdiyyəsinə ev tikmək üçün ayrılıb. ETSN rəsmi razılıq verib. Əvəzində 30 hektar boş torpaq sahəsi alıb. Elə 30 hektarda tiksinlər də. Kimsə meşənin içində özünə villa tikmək istəyirsə, buna meşə çatdırmaq olmaz".

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu göndərilib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə "Sitat.info"ya deyib ki, sözügedən ərazidə əvvəllər vətəndaşlar tərəfindən ağac kəsilməsi halları qeydə alınıb və Nazirlik tərəfindən müəyyən edilərək qanunvericiliyə uyğun tədbir görülüb: "Son günlər sosial şəbəkələrdə və mətbuatda gedən məlumatlarla bağlı əməkdaşlarımız dünən və bu gün ərazidə olublar, son aylara aid yeni ağac qırıntısı faktları aşkar edilməyib. Ərazidə olan bütün ağaclar hələ 2023- cü ildə tərəfimizdən nömrələnib və siyahılar səlahiyyətləri çərçivəsində preventiv tədbir görülməsi üçün yerli icra orqanlarına verilib, həmçinin yeni ağac kəsilməsi faktlarına yol verilməməsi üçün ərazi nəzarətə götürülüb".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
342
4
paytaxt.org

10Mənbələr