AZ

Avroliqada finalçılar müəyyənləşdi

style='margin-bottom:10px;'>

Bu gün  Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

QOL.az xəbər verir ki, “Atalanta” “Marsel”i qəbul edib. Rəqibini 3 cavabsız qolla üstələyən İtaliya təmsilçisi finala adlayıb.

“Bayer” isə “Roma”nı qəbul edib. Matçın gedişində hesabda 2 top fərqi ilə geri düşməsinə baxmayaraq, Leverkuzen təmsilçisi yenə də sonda məğlubiyyətdən qaçmağı bacarıb. Bununla da "Bayer"in cari mövsümdəki məğlubiyyətsiz oyunlar seriyası 49-a çatıb. 

Qeyd edək ki, "Bayer" - "Atalanta" finalı mayın 22-i Dublində oynanılacaq.

9 may

Avropa Liqası, yarımfinalın cavab oyunları

"Atalanta" - "Marsel" - 3:0

Qollar: Ademola Lookman, 30, Matteo Ruggeri, 52, El Bilal Toure, 90+5

İlk oyun: 1:1

"Bayer"  - "Roma" 2:2

Qollar: Leandro Paredes, 43-pen (0:1), 66-pen (0:2), Canluka Mançini, 82-avtoqol (1:2), Yosip Stanişiç, 90+7 (2:2) 

İlk oyun: 2:0

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
Mənbələr
Şərh ()
Bağla