AZ

Tanınmış hüquqşünas alim BDU-nun qonağı olub - FOTOLAR

Mediasiya Şurasının dəvəti ilə ölkəmizdə səfərdə olan beynəlxalq hüquq üzrə elmlər doktoru, professor Aslan Abaşidze Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin qonağı olub.

QHT.az xəbər verir ki, fakültənin dekanı Zaur Əliyev fakültənin tarixi, nailiyyətləri, görülmüş işlər barədə məlumat verib. Eyni zamanda professor Aslan Abaşidze BDU-nun Hüquq fakültəsinin böyük tarixi irsə malik olduğunu, eyni zamanda dünya miqyasında tanınan hüquqşünasların yetişdiyi və formalaşdığı məkan olduğunu qeyd edib.

Daha sonra professor Aslan Abaşidze ilə fakültənin tələbələri arasında görüş keçirilib və insan hüquqlarının müdafiəsində Birləşmiş Millətlər Təşkilatının mexanizmləri barədə mühazirəsi dinlənilib. İnteraktiv keçən mühazirə zamanı tələbələr müasir beynəlxalq hüququn problemləri və onları maraqlandıran suallarla bağlı qonaqla fikir mübadiləsi aparıb və suallara cavab alıblar.

BDU-nun Hüquq fakültəsinin müəllimi, hüquq elmləri doktoru, professor Turqay Hüseynov qeyd edilən görüşə moderatorluq etməklə qonağa mühazirəyə və fakültənin qonağı olduğuna görə xüsusi təşəkkür edib. Qeyd edilən görüşdə qonağı, Mediasiya Şurasının İdarə heyətinin sədri, hüquq üzrə fəlsəfə doktoru, dosent, BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsinin üzvü Nadir Adilov müşayiət edib.

Qeyd edək ki, Aslan Huseynoviç Abaşidze beynəlxalq hüquq ictimaiyyəti arasında kifayət qədər geniş tanınır. Ölkəmizdə ilk dəfə səfərdə olan hüquqşünas alim daim Azərbaycana dost münasibəti ilə seçilir. Professor Aslan Abaşidze Prezident İlham Əliyevə, xalqımıza xüsusi rəğbəti olan tanınmış beynəlxalq hüquq mütəxəssislərindəndir.

Aslan Abaşidze Rusiya Xalqlar Dostluğu Universitetinin Beynəlxalq hüquq kafedrasının müdiri, Rusiya Xarici İşlər Nazirliyin Beynəlxalq Münasibətlər İnstitutunun professoru, BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsinin üzvüdür. O, həmçinin Rusiyanın Elm və Ali Təhsil Nazirliyi yanında Ali Attestasiya Komissiyasının hüquq üzrə Ekspert Şurasının Ali Məhkəməsi yanında Elmi Məsləhət Şurasının, Xarici İşlər Nazirliyi yanında Elmi Məsləhət Şurasının, İnsan Hüquqları üzrə Müvəkkili yanında Ekspert Şurasının üzvü, Rusiya Federasiyasının Əməkdar hüquqşünasıdır. Ekspertlərin Federal Reyestrində qeydiyyatdan keçmiş professor elmi-texniki sahədə ekspertdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
180
3
Mənbələr
Şərh ()
Bağla