AZ

Makron Ermənistana səfər edə bilər

“Fransa prezidenti Emmanuel Makronun İrəvana səfəri məsələsi Ermənistan hakimiyyəti ilə müzakirə olunur”.

KONKRET.az xəbər verir ki, bu barədə Fransanın Ermənistandakı səfiri Olivye Dekotini məlumat verib.

Xatırladaq ki, bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Parisə səfəri zamanı Makronu payızda Şarl Aznavurun 100 illiyinə həsr olunmuş qala-konsertdə iştirak etmək üçün İrəvana dəvət etmişdi.

“Biz Ermənistan hakimiyyəti ilə səfərin mümkünlüyündən danışırıq. Əlbəttə, Şarl Aznavurun 100 illiyi çox cəlbedici hadisədir”, – Dekotini “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində bildirib.

O əlavə edib ki, səfər hələ təsdiqlənməyib, bu məsələ ilə bağlı işlər davam etdirilir.

Günel Mikayılova,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
6
Mənbələr
Şərh ()
Bağla