AZ

HƏMAS-dən daha bir bəyanat: "Biz vasitəçilərin atəşkəs təklifinə sadiqik"

Həmas Siyasi Bürosunun üzvü Rişk Qəzza zolağında atəşkəs üçün aparılan danışıqlarla bağlı bəyanat yayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, israilin Refaha hücumuna baxmayaraq, hələ də Qətər və Misirin atəşkəs təklifinə sadiq olduqlarını bildirib: "Atəşkəs danışıqlarını aparan HƏMAS heyəti hazırda Misirin paytaxtı Qahirədədir. Təkrar edirəm, vasitəçilərin atəşkəslə bağlı təkliflərinə qəbul edir və mövqeyimizin dəyişmədiyimizi bəyan edirik".

Rişk vurğulayıb ki, İsrailin Rəfahı işğal etmək cəhdi və sərhəd qapısını ələ keçirməsi vasitəçilik səylərini sarsıtmağa xidmət edir: "Onlar istəyir ki, bu cür hücumlarla bizi danışıqlardan imtina etməyə məcbur eləsinlər. Sonra da bütün dünyaya bizi ittiham eləmək üçün saxta əsas qazansınlar. Onlar bunun üçün hücumları gücləndirərək, soyqırım törətməkdən çəkinmirlər. Ancaq biz onların məkrli oyununa düşməyəcəyik, danışıqlara və atəşkəs təkliflərinə hazır olduğumuzu növbəti dəfə bəyan edirik".

Tahir Şəlvəli

MİA.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
Mənbələr
Şərh ()
Bağla