AZ

İrəvanda keçirilən mitinqdə Paşinyanın istefasını tələb edilir...

İrəvanın mərkəzində bir neçə min insan Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə mitinqə toplaşıb. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, buna səbəb Azərbaycanla sərhədin delimitasiyası olub.

Yerli teleqram kanallarının məlumatına görə, mitinqə 20 minə yaxın insan gəlib.

Bunlar əsasən Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyanın rəhbərliyi ilə “Vətən üçün Tavuş” hərəkatının tərəfdarlarıdır.

Mitinq zamanı Qalstanyan bildirib ki, Nikol Paşinyanın baş nazirlikdən istefa verməsi üçün bir saat vaxtı var.

Qeyd edək ki, müddət Moskva vaxtı ilə saat 19:00-da artıq başa çatıb.

Bundan sonra arxiyepiskop parlamentdə impiçment yolu ilə Paşinyanın istefasını tələb edəcəyini açıqlayıb.

Paşinyan isə görüş və istefa tələblərinə cavab verməyib.

Bundan əvvəl Ermənistan Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, İrəvan və Bakı sərhədin ayrıca hissəsinin delimitasiyası, o cümlədən Tavuş rayonu ilə Azərbaycanın şimal-qərbi Qazax rayonu arasında dörd kəndin ərazi mənsubiyyəti ilə bağlı əvvəlcədən razılığa gəliblər.

...Və bundan sonra gəlmə ermənilər qərara etiraz etməyə başlayıblar. Etirazçılardan bəziləri mayın 4-də Azərbaycanla sərhəddəki Kirants kəndindən yürüş edərək Ermənistan paytaxtına yollanıblar.

Və bu gün, mayın 9-da onlar İrəvana çatdılar.

Qeyd edək ki, ötən gün Kilikiya Böyük Evinin katolikosu I Aram Ermənistan Milli Assambleyasının üzvü Artsvik Minasyantərəfindən ziyarət edilib.

...Görüşün məqsədi və müzakirə mövzusu Ermənistanda baş verən son hadisələr, xüsusən də İrəvanda keçirilən xalq mitinqi olub. Bununla bağlı fikir mübadiləsi aparılıb və xalqın səsinə qulaq asmağın vacibliyi vurğulanıb.

Bunu da erməni mediası yazıb.

Ağasəf Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
124
23
Mənbələr
Şərh ()
Bağla