AZ

Varşava sərhədi qanunsuz keçən ukraynalını Kiyevə ekstradisiya edib

Polşa hakimiyyəti readmissiya yolu ilə sərhədi qanunsuz keçən Ukrayna vətəndaşını Kiyevə ekstradisiya edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukrayna Sərhəd Xidmətinin Qərb Departamenti məlumat yayıb.

Sumı vilayətinin 31 yaşlı sakini Qərbi Buqdan keçdikdən sonra Polşa hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Sonra o, Ukrayna tərəfinə, Volın dəstəsinin sərhədçilərinə təhvil verilib. Həmin şəxsə qarşı sərhədi qanunsuz keçdiyi üçün inzibati protokol tərtib edilib, daha sonra ona hərbi xidmətə çağırış vərəqəsi verilib.

Bundan əvvəl Polşanın xüsusi təyinatlı GROM bölməsinin keçmiş komandiri, general Roman Polko döyüşmək istəməyən və xaricə gedən ukraynalı gənclərin sayının bütöv bir orduya çatdığını bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
Mənbələr
Şərh ()
Bağla