İsveçin Malmö şəhərində 68-ci “Avroviziya-2024” mahnı müsabiqəsinin ikinci yarımfinalına start verilib.
"Unikal" xəbər verir ki, bu gün 19 ölkənin təmsilçiləri musiqi nömrələrini nümayiş etdirəcəklər.
Malta, Albaniya, Yunanıstan, İsveçrə, Çexiya, Fransa, Avstriya, Danimarka, Ermənistan, Latviya, İspaniya, San Marino, Gürcüstan, Belçika, Estoniya, İtaliya, İsrail, Norveç, Niderland finala çıxmaq uğrunda mübarizə aparacaq.
Onlardan yalnız 10-u mayın 11-də baş tutacaq finala keçəcək.