AZ

ABŞ 37 Çin şirkətinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib

Bakı. Trend:

ABŞ 37 Çin şirkətinə qarşı məhdudlaşdırıcı tədbirlər görüb.

Trend-inməlumatına görə, ABŞ Ticarət Departamentinin Sənaye vəTəhlükəsizlik Bürosunun açıqlamasında bildirilib.

Məlumata əsasən, 26 müəssisə ixrac məhdudiyyəti olan malların“Rusiyaya tədarük etməsində iştirak”a görə qara siyahıya salınıb.“Bu cür addımlar ABŞ-ın milli təhlükəsizliyinə və xarici siyasətmaraqlarına ziddir”, - deyə bildirilib.

Siyahıda 2023-cü ilin fevralında ABŞ hava məkanında raketləvurulan Çin şarı ilə bağlı insidentdə iştirak etdiyi iddia ediləndaha səkkiz Çin şirkəti yer alıb. Daha üç şirkət analoji şarlarınyaradılması üçün Çinin proqramına dəstək verdiyi üçün siyahiyadaxil edilib.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
1
az.trend.az

2Mənbələr