AZ

52 il cəza alıb həbsdən gizlənən qafqazlı “Kabus” Türkiyədə ƏLƏ KEÇDİ – FOTOLAR

Türkiyə polisi qafqazlı “kabusu” tutub.

İnterpress.az xəbər verir ki, bu barədə “Yeni Asır” məlumat yayıb. Nəşr yazır ki, Muğla Polis Şöbəsi Marmarisdə Rusiya vətəndaşı, Şimali Qafqaz əsilli, “Kabus” ləqəbli 42 yaşlı Mədinə Əliyevanı fahişəlik təşkil etdiyinə görə saxlayıb.

Mədinə Əliyeva hələ 2019-cu ildə “fahişəliyə həvəsləndirmə, vasitəçilik, fahişəliyə yer və imkan yaratmaq” maddəsi ilə 52 il müddətinə azadlıqdan məhrum edilsə də, indiyədək gizlənib.

Əliyeva ilə birlikdə onun iki ortağı Gülnar Cəfərova və Sezər Dəmir saxlanılıb.

Bu fahişələr şəbəkəsinin rəhbərləri türklərlə fahişəlik edəcək qadınlar üçün WhatsApp qrupu təşkil edib.

Daha sonra sutenyorlar qadınları evlərə, mənzillərə və mehmanxanalara yerləşdirərək onları “çox pul qazana bilərsən” sözləri ilə məcbur edirdilər.

Fahişəliyə namizədlər əsasən Rusiya Federasiyasının Şimali Qafqaz respublikalarından və Mərkəzi Asiyanın postsovet respublikalarından ağır maliyyə vəziyyətində olan qadınlar arasından axtarılırdı.

Onlar həmçinin proses zamanı qadınların çılpaq şəkillərini çəkib və bu cinayət işindən əl çəkmək istəsələr, fotoşəkilləri ailələrinə göndərəcəkləri ilə hədələyiblər.

Əliyevanın aylıq gəliri orta hesabla təxminən 5 milyon lirə (155 min dollar və ya təxm. 262 min manat ) olub.

Polisin 15 müxtəlif ünvanda keçirdiyi reydlərdə 20 əməliyyat qrupu və 70 şəxsi heyət iştirak edib, 5 şübhəli saxlanılıb.

Xilas edilən 16 qadın öz ölkələrinə deportasiya edilmək üçün Muğla vilayətinin Göç İdaresi bölgəsinə aparılıb.

Xuraman Etibarlı

İnterpress.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
Mənbələr
Şərh ()
Bağla