AZ

“Estudiantes” ilk dəfə LK-nın qalibi oldu

Mayın 5-də keçirilən son oyunla Argentina Liqa Kubokuna (LK) yekun vuruldu.

“Football-plus.az” xəbər verir ki, həmin gün turnirin yeni qalibi məlum oldu.

final
Estudiantes - Veles Sarsfild 1:1, p. – 4:3
Mankuso, 14 – Sarko, 63.
Estudiantes: Mansilya, Lolyo, S.Romero, Q.Benedetti, Mankuso, E.Peres (Pyatti, 87), X.Sosa (Sukuy, 46), Askasibar, T.Palasios (Mesa, 75), Karrilyo (X.Korrea, 74), Setre.
Veles Sarsfild: Marçyori, Elias Qomes (Sarko, 62), X.Qarsiya, D.Fernandes, V.Qomes, Akino (Lenni Lobato, 88), Ordonyes, T.Fernandes (Kavanaq, 67), Pitsini (Montoro, 88), Busat (Kaseres, 99), Vesino (Mammana, 62).

Xatırladaq ki, qrup mərhələsində 28 komanda iki qrupda birdövrəli sistemlə mübarizə aparıb. Qruplarda ilk 4 yeri tutanlar kubok uğrunda mübarizəni davam etdirmək hüququ qazanıblar. Qrupu 1-ci və ya 2-ci yerdə başa vurmağın üstünlüklərinin olduğunu da qeyd edək. Belə ki, ilk iki yerin sahibləri 1/4 finalda digər qrupda uyğun olaraq 4-cü və 3-cü yerləri tutan komandalarla qarşılaşmaq hüququna malik idilər. A qrupunda ilk 4 yeri uyğun olaraq “River Pleyt”, “Arxentinos Xuniors”, “Barrakas Sentral” və “Veles Sarsfild”, B qrupunda isə “Qodoy Krus”, “Estudiantes”, “Defensa y Xustisiya” və “Boka Xuniors” tutmuşdu. 1/4 finalda “Boka Xuniors” əzəli rəqibi “River Pleyt”ə 3:2, “Estudiantes” “Barrakas Sentral”a 3:0, “Veles Sarsfild” “Qodoy Krus”a 2:1, “Arxentinos Xuniors” isə əsas vaxtı 1:1 hesabı ilə nəticələnən oyunda “Defensa y Xustisiya”ya penalti seriyasında qalib gəlmişdi (3:2). Maraqlıdı ki, yarımfinalda “Veles Sarsfild” “Arxentinos Xuniors”dan, “Estudiantes” isə “Boka Xuniors”dan “lotereya” adlandırılan mübarizədə üstün olmuşdu.

Beləliklə, bazar günü Santyaqo del Estero şəhərində keçirilən həlledici oyunda LK-nın yeni qalibi müəyyənləşdi. Belə ki, “Estudiantes” ilə “Veles Sarsfild” ilk dəfə finala vəsiqə qazanmışdı. Maraqlıdı ki, bu dəfə də qalibi penalti seriyası ilə müəyyənləşdirməyə ehtiyac yarandı. Matç “Veles Sarsfild”in üstünlüyü ilə keçdi. Boliviyalı Qustavo Kinterosun çalışdırdığı komanda topa 58 faiz nəzarət etdi, qapıya zərbələr üzrə rəqibini 18:8, dəqiq zərbələr planında isə 5:2 hesabı ilə üstələdi. “Estudiantes”in 28 yaşlı qapıçısı Mansilya bütün zərbələrdən dördünü dəf etdi. Onun amplua üzrə həmkarı Marçyorinin yalnız bir seyvi oldu. 28 yaşlı əlcək sahibi 14-cü dəqiqədə rəqib hücumunun qarşısını ala bilmədi: Mankuso hesabı açdı. Lakin “tələbələr” 63-cü dəqiqədə Sarkonun qoluna mane ola bilmədilər. Qeyd edək ki, hesabın bərabərləşməsindən 4 dəqiqə əvvəl müdafiəçi Damian Fernandes ikinci xəbərdarlığa görə “Veles”i meydanda on nəfərlə qoymuşdu. “Estudiantes”in eyni ampluada çıxış edən oyunçusu Qaston Benedetti də 70-ci dəqiqədə eyni aqibətlə üzləşdi. Əsas vaxt 1:1 hesabı ilə sona çatdı. Qeyd edək ki, LK-nın reqlamentinə görə, finala qədər 30 dəqiqəlik əlavə vaxt nəzərdə tutulmadığı üçün komandalar əsas vaxt bitəndən sonra penalti seriyasında gücünü sınamalı olmuşdular. Həlledici oyunda isə “lotereya” qaçılmaz oldu. Bu sınaqdan 4:3 hesabı ilə “tələbələr” qalib çıxdılar. 45 yaşlı Eduardo Domingesin çalışdırdığı “Estudiantes” LK-da ilk qələbəsini rəsmiləşdirdi.

Bombardirlər: Borxa (River Pleyt) - 13, A.Martines (Rasinq) – 12.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
36874
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24119
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
18992
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14860
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
13220
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11611
Helikopterin qalıqları tapılıb
11061
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7776
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6861
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6430
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5680
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5434
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4683
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4336
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3846
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
3345
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
3137
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2337
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
2270