AZ

Emmanuel Makrondan Mbappeyə Paris təzyiqi!

Fransa prezidenti Emmanuel Makron mövsümün sonunda PSJ-dən ayrılacağı gözlənilən Kilian Mbappe ilə bağlı açıqlama verib.

Sherg.az xəbər verir ki, Emmanuel Makron, Kilian Mbappenin hansı komandaya transfer olursa olsun  ulduz futbolçuya 2024-cü il Paris Olimpiadasında iştirak etmək üçün təzyiq göstərəcəyini bildirib.

"Le Parisien"in xəbərinə görə, PSJ-nin "Tuluza" matçında Kilian Mbappe ilə vida mərasimi keçirəcəyi bildirilirdi.

Kilian Mbappe bu mövsüm PSJ-nin heyətində 46 matçda  oynamaq şansı əldə edib. Ulduz futbolçu bu matçlarda 43 qol vurub, 10 məhsuldar ötürmə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
Mənbələr
Şərh ()
Bağla