AZ

Bu məhsulun xaricdən alışı 5 dəfəyə yaxın artıb

Bu məhsulun xaricə satışından əldə olunan gəlir azalıb
Cari ilin birinci rübündə Azərbaycan xarici ölkələrə 3 milyon 750 min ABŞ dolları dəyərində qurğuşun və ondan hazırlanan məmulatlar satıb.

Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 169 min ABŞ dolları və ya 4,3% azdır. 2023-cü ilin birinci rübündə Azərbaycanın qurğuşun və ondan hazırlanan məmulatların satışından əldə etdiyi gəlir 3 milyon 919 min ABŞ dolları olub.

Hesabat dövründə xarici ölkələrdən 196 min ABŞ dolları dəyərində qurğuşun və ondan hazırlanan məmulatlar alınıb ki, bu da illik müqayisədə 155 min ABŞ dolları, yaxud da 4,8 dəfə çoxdur. 2023-cü ilin yanvar-mart aylarında qurğuşun və ondan hazırlanan məmulatların alışına çəkilən xərc 41 min ABŞ dolları olub.

Qeyd edək ki, ixrac olunan qurğuşun və ondan hazırlanan məmulatlar ümumi ixracın 0.06 faizini təşkil edib.

Əvəz Həsənov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
valyuta.az

1Mənbələr