AZ

Qəbələdə “VAZ” ağaca çırpıldı, sürücü ağır yaralandı - VİDEO

Qəbələ rayonu Seyidqışlaq kəndində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Avtosfer.az-ın məlumatına görə, qəza mayın 8-i axşam saatlarında qeydə alınıb. Hərəkətdə olan  “VAZ-21011” markalı avtomobilin sürücüsü qəzaya uğrayıb. Belə ki, idarəetmədən çıxan maşın yol kənarındakı ağaca çırpılıb. Hadisə şahidlərinin iddiasına əsasən, qəzaya səbəb yüksək sürət həddi olub. Nəticədə avtomobil yararsız vəziyyətə düşüb. Hadisə zamanı sürücü - Eşqin Musazadə müxtəlif dərəcəli bədən xəsarətləriylə xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, faktla bağlı araşdırma davam edir.

Nərmin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
avtosfer.az

1Mənbələr