AZ

Xersonda İosif Stalinin Qələbə təbriki səsləndirilib...

Ukrayna Silahlı Qüvvələrinin nəzarətində qalan Xersonda İosif Stalinin 1945-ci il təbriki Tavriya radiosunda eşidilib.

SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, sovet liderinin səsi Rusiyanın “Radio Tavria” stansiyasının efirində yer alıb.

Stalin çıxışında həmvətənlərini böyük Qələbə Günü münasibətilə təbrik edib.

...Qırmızı Ordu və müttəfiqlərimizin qoşunları tərəfindən diz çökdürülmüş faşist Almaniyası məğlub olduğunu etiraf etdi və qeyd-şərtsiz təslim olduğunu elan etdi.

Agentliyin məlumatına görə, təbrikləri şəhərdə olan Ukrayna polisi də eşidə bilib.

Qeyd edək ki, bundan əvvəl hakerlər Ukraynanın “StarLightMedia” və “İnter” telekanallarının peyk yayımını gündə bir neçə dəfə sındıraraq Moskvanın Qırmızı Meydanda Qələbə Paradını nümayiş etdiriblər.

...Bildirək ki, Xerson vilayəti 2022-ci ilin sentyabrında keçirilən “referendum”dan sonra Rusiyaya qoşulub.

Ukrayna ərazisinin atəşə tutulmasını davam etdirərək, onun legitimliyini tanımırdı. Hazırda bölgənin 75 faizi Rusiya qoşunlarının nəzarətindədir, sağ sahilin bir hissəsi isə Ukrayna əsgərlərinin əlindədir.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
Mənbələr
Şərh ()
Bağla