AZ

Unai Emeri: “Olimpiakos”la oyun böyük çağırış olacaq”

“Aston Villa”nın baş məşqçisi Unai Emeri “Olimpiakos”la Konfrans Liqasının cavab yarımfinal oyunundan gözləntilərini paylaşıb.

Arena.az xatırladır ki, Birmingemdə keçirilmiş ilk oyunda Yunanıstan təmsilçisi gözlənilmədən 4:2 hesablı qələbə qazanmışdı.

“Əlbəttə, uğur qazansan da, qazanmasan da təcrübə həmişə kömək edə bilər. Amma biz yaratmalıyıq, yeni yol qurmalıyıq. İlk görüşdə 2:4 hesabı ilə uduzduq, geri-dönüş çətin olacaq. 90 dəqiqədən sonra davam etməyi düşünərək oynamalıyıq.

Hazırladığımız oyun planı alınmadı, amma daha yaxşı olacağını gözləyirdik. Əlbəttə ki, burada səfərdə çox çətin olacaq, çünki meydan sahiblərini dəstəkləyən ab-hava daha çətin ola bilər.

Bu, bu il yarımfinalda qarşılaşacağımız ən böyük çağırışdır”, – UEFA-nın rəsmi saytı ispan mütəxəssisdən sitat gətirir.

Xatırladaq ki, komandalar arasında cavab oyunu bu gün, mayın 9-da Pireydə keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
Mənbələr
Şərh ()
Bağla