AZ

Ermənistan müxalifəti qərarlıdır: Paşinyanın impiçmentinə başlanılır

Ermənistan müxalifəti ölkə parlamentində baş nazir Nikol Paşinyana qarşı impiçment prosesinin başlandığını elan edib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Vətən uğrunda Tavuş" müxalifət hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan İrəvanda Respublika Meydanında keçirilən mitinqdə bildirib.

Məlumata əsasən, buna səbəb Paşinyanın müxalifətin istefa tələbinə cavab verməməsi olub.

"Biz parlamentdə impiçment proseduruna başlayırıq, bu barədə hər üç parlament fraksiyası ilə məsləhətləşmələr aparacağıq",- deyə Qalstanyan bildirib.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
169
19
teleqraf.com

10Mənbələr