AZ

Ankarada “Heydər Əliyev və Türk dünyası” adlı tədbir keçirilib - FOTO

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə Ankara Universitetində Azərbaycanın Türkiyədəki Səfirliyi və Ankara Universtetinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Türk dünyası” başlıqlı anım proqramı təşkil olunub.

Bu barədə APA-nın Türkiyə müxbirinə Azərbaycanın bu ölkədəki Səfirliyindən bildirilib.

Qeyd olunub ki, Azərbaycan və Türkiyənin dövlət himnləri ilə başlayan proqramda Ümummilli liderin mənalı həyat yolunu əks etdirən qısa film nümayiş etdirilib.

Ankara Universitetinin rektoru Nəcdət Ünüvar, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım və Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov açılış çıxışları edərək Ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşüblər, Azərbaycan və bütün Türk dünyası qarşısında xidmətləri barədə danışıblar.

Ümummilli lideri Gülhanə Hərbi Tibb Akademiyasında müalicə etmiş professor Hayati Bilgiç Heydər Əliyevi şəxsən tanımaqdan duyduğu qüruru ifadə edib və Ümummilli liderin insani və liderlik xüsusiyyətləri barədə fikirlərini bölüşüb.

Paneldə Ankara Universiteti Təhsil Elmləri Fakültəsinin professor Yıldız Dəvəci Bozkuş və Ankara Hacı Bayram Vəli Universitetinin İqtisadi və inzibati elmlər fakültəsinin dosenti Erman Akıllı təqdimatla çıxış edərək Ümummilli liderin Azərbaycanın dövlət quruculuğundakı misilsiz roluna dair geniş məlumat veriblər.

Anım tədbiri Ümummilli liderin xatirəsinə həsr olunmuş musiqi proqramı ilə başa çatıb.

Ankarada Ankarada Ankarada Ankarada Ankarada Ankarada Ankarada Ankarada Ankarada

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
154
7
Mənbələr
Şərh ()
Bağla