AZ

“Bizdə müxalifət liderinin telefonuna məmurlar cavab vermir, o ki qalmışdı..:”

“Yaxın gələcəkdə regionda geosiyasi vəziyyətin dəyişməsi ilə islahatlar ölkə üçün təhlükəyə çevrilməyəndə bu istiqamətdə də müəyyən addımlar atılacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev xalqcebhesi.az saytına müsahibəsində deyib.
Müsahibəni təqdim edirik:
– Qüdrət bəy, mediada Türkiyə prezidentinin ana müxalifət partiyası CHP-nin lideri Özgür Özeli qəbul etməsi barədə məlumat yayıldı. İndi isə onun Azərbaycana səfər edəcəyi deyilir. Belə bir səfər gerçəkləşərsə, onun Azərbaycan Respublikasının prezidenti tərəfindən qəbulu baş tuta bilərmi?
– CHP Türkiyədə yerli seçkiləri udmuş ana müxalifət partiyasıdır. Həm də Türkiyədə demokratik ənənələr formalaşıb. Ona görə bunu normal qəbul etmək lazımdır. Özgür Ömer də patiya sədri seçiləndən sonra iqtidara qarşı sərt ritorikadan imtina etdi, seçkilərin və siyasi mübarizənin xalqı parçalamalı olmadığını bəyan etdi. Ərdoğan da qarşılığında münasibətləri yumşaltmağın zəruriliyi barədə danışdı. Özgür Ömer Azərbaycan iqtidarına qarşı da CHP-nin əvvəlki möqeyindən imtina etdiyini ortaya qoydu. Bu baxımdan, o, Bakıya gələrsə böyük ehtimalla İlham Əliyev tərəfindən də qəbul olunacaq və bu baş verərsə doğru qərar olar. Bizdə Rusiya parlamentindəki müxalifət partiyalarının sədrləri də ən yüksək səviyyədə qəbul olunub. Azərbaycanın düşünən insanı üçün başqa dövlətlərin partiya sədrlərinə fərqli münasibət nə qədər ağrılı olsa da, dövlətlərarası əlaqələr üçün çox əhəmiyyətlidir.
– Azərbaycan ana müxalifət partiyasının sədrini də Türkiyə Prezidenti qəbul edərmi?
– Azərbaycanda sistemdaxili ana müxalifəti parlamentdə 3 deputatla (biri həmin partiyanın üzvü deyil) VHP təmsil edir və partiyaların (YAP qarışıq) ölkənin ictimai-siyasi həyatında rolu çox kiçikdir. Bizdə bürokratik aparat özü vahid siyasi gücə, “partiyaya” çevrilib və siyasi sitemi də bürokratik aparat təmsil edir. Ona görə real deyil ki, ana müxalifət partiyasının lideri Türkiyədə yüksək səviyyədə qəbul olunsun. Bunu bizdə, Prezident bir kənara, yüksək vəzifəli məmurlar belə etmirsə- heç telefona cavab vermirlər – qardaş ölkədən bunu gözləmək yersizdir.
– Niyə bizdə vəziyyət belədir və bunun əsas günahkarı kimdir?
– Günahkar deməzdim, amma iki əsas səbəb göstərərdim. Birincisi, xalqın inkişaf səviyyəsi və əzmkarlığı, siyasi dəyərləri müdafiə etmək gücü, siyasi mədəniyyətin aşağı səviyyədə olması və demokratik ənənələrin olmaması siyasi rəqabətin olduğu güclü siyasi sistemin qurulmasına imkan vermir. İkinci əsas səbəb isə iqtidarın islahatlara ehtiyac hiss etməməsidir.
– Müxalifətin özünün yaranmış vəziyyətdə günahı varmı?
– Yox, iqtidar istəməsə bugünkü müxalifət də olmaz.
– İqtidarın nə zamansa islahatlar aparacağını düşünürsünüzmü?
– İnanıram ki, bu, bir gün mütləq baş verəcək. İlham Əliyevin heç vaxt torpaqları işğaldan azad etməyəcəyini deyirdilər, amma mən inanırdım ki, ilk əlverişli geosiyasi vəziyyət yaranan kimi bu hökmən baş verəcək. İndi də inanıram ki, yaxın gələcəkdə regionda geosiyasi vəziyyətin dəyişməsi ilə islahatlar ölkə üçün təhlükəyə çevrilməyəndə bu istiqamətdə də müəyyən addımlar atılacaq. İqtidar islahatların ölkəyə kənar müdaxilələrə və vətəndaş qarşıdurmasına yol açacağından ehtiyat edir.
– Çindəki kimi siyasi islahatlara getmədən iqtisadi azadlıqları genişləndirmək olmazmı?
– Çində, bizdən fərqli olaraq formal da olsa çoxpartiyalı sistem yoxdur. İnternet üzərində ciddi senzura var. Bizdə düşünürlər ki, iqtisadi azadlıqlar siyasi islahatları qaçılmaz edəcək. Ona görə rentabelli olmayan dövlət müəssiələri özəlləşdirilmir. Çalışırlar dövlət idarə, müəssisə və təşkilatlarında işləyənlərin sayı çox olsun, orta sahibkarlar şərik, yaxud müflis edilir və s. Tələsməklə iş düzəlməyəcək. Elçibəy demişkən, hər şeyin zamana ehtiyacı var. Bir türk məsəlində deyilir ki, hər şey dəyişir – bəzən bir nəfərlə, bəzən zamanla.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
284
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
34378
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24010
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
18700
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14820
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
11806
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11593
Helikopterin qalıqları tapılıb
10893
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7690
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6854
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6315
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5639
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5430
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4573
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4318
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3816
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
3282
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
2968
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2304
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
2199