AZ

Mendilibar: “Məni qovduğu üçün “Sevilya”ya təşəkkür etməliyəm”

“Olimpiakos”un baş məşqçisi Xosel Luis Mendilibar “Aston Villa” ilə Konfrans Liqasının cavab yarımfinal oyunundan gözləntilərini paylaşıb.

Arena.az xatırladır ki, Birmingemdə keçirilmiş ilk oyunda Yunanıstan təmsilçisi gözlənilmədən 4:2 hesablı qələbə qazanmışdı.

“Bu oyun mövsümün ən vacib oyunu olacaqmı? Ümid edirəm, yox. Ümidvaram ki, başqa bir vacib oyunumuz olacaq. Diqqətimizi cəmləməliyik – ilk oyundan sonra vəziyyət çox da dəyişməyib. Bu, iki oyundan ibarət qarşıdurmadır və “Aston Villa” elə, bizim kimi, finala çıxmaq üçün bacardığı qədər çalışacaq. Hər iki komandanın imkanı var. Oyunçular özlərinə inanmağa başlayırlar və bu, baş verəndə hər şey daha yaxşı olur.

30 ildir ki, məşqçi işləyirəm. Müxtəlif vəziyyətlərdə necə davranacağımı bilirəm. Məni qovduğu üçün “Sevilya”ya təşəkkür etməliyəm, əks halda burada olmazdım. Futbolçularımız buna layiq olmasaydılar, biz burada olmazdıq” – UEFA-nın rəsmi saytı ispan mütəxəssisdən sitat gətirir.

Xatırladaq ki, komandalar arasında cavab oyunu bu gün, mayın 9-da Pireydə keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
arena.az

1Mənbələr