AZ

Olimpiadaya vəsiqə qazanan Azərbaycan güləşçisi: “Paris-2024”dəki hədəfim qızıl medaldır

Olimpiadaya

Bakı, 9 may, AZƏRTAC

“Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanacağıma inanırdım”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya təsnifat turnirində “Paris-2024”ə lisenziya qazanan Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov deyib.

60 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı daha əvvəldən bu cür nəticəni əldə edəcəyini inandığı bildirib: “Çox rahatam idim. Heç bir həyəcanım yox idi. Yarımfinalda geriyə düşsəm də, özünəinam sayəsində hər şeyi dəyişdim. Azərbaycanı “Paris-2024”də təmsil edəcəyim üçün çox xoşbəxtəm. Fransadakı hədəfim qızıl medaldır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
124
3
azertag.az

4Mənbələr