AZ

Netanyahu Putini Qələbə Günü münasibətilə təbrik edib

İsrailin baş naziri Benyamin Netanyahu Rusiya prezidenti Vladimir Putini Qələbə Günü münasibətilə təbrik edib.

 

Oxu24.com   xəbər verir ki, bu barədə Yəhudi Dövlətinin Rusiya Federasiyasındakı səfirliyindən məlumat verilib.

 

“Baş nazirimiz Rusiya Federasiyasının Prezidentinə Qələbə Günü münasibətilə təbriklər göndərib”, - deyə diplomatik nümayəndəlikdən bildirilib.

 

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, anti-Hitler koalisiyasına daxil olan ölkələrin heç biri Rusiyanı İkinci Dünya Müharibəsinə həsr olunmuş bayram tədbirlərinə dəvət etməyib.

 

Mayın 9-da Putin Moskvada Qələbə Paradında çıxışı zamanı deyib ki, Qərb İkinci Dünya Müharibəsi ilə bağlı həqiqəti təhrif etməyə çalışır.

 

Rusiya liderinin fikrincə, həqiqət Qərb ölkələrinin müstəmləkəçilik siyasətinə müdaxilə edir.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
273
14
Mənbələr
Şərh ()
Bağla