Rusiyalı reper “Oxxxymiron” (Oksimiron, əsl adı - Miron Fyodorov) axtarışa verilib.BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin məlumat bazasında məlumat yayılıb. Hüquq-mühafizə orqanlarının yerli mediaya açıqlamasına görə ifaçıya qarşı Rusiyanın xarici agentlər haqqında qanunvericiliyində nəzərdə tutulmuş vəzifələrdən yayınma maddəsi ilə cinayət işi başlanıb.