AZ

Qahirədə Qəzza ilə bağlı danışıqların növbəti mərhələsi başa çatıb

Qəzza zolağında atəşkəsin yaradılması üzrə danışıqların növbəti raundu başa çatıb, onun bütün iştirakçıları məsləhətləşmələrin aparıldığı Qahirəni tərk ediblər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Misirin yüksək rütbəli mənbəsinə istinadən "Əl-Qahirə Əl-İxbariyyə" telekanalı məlumat yayıb. 

Məlumata görə, tərəflər bir sıra mübahisəli məsələlər üzrə konsensusa gəlmədən Qahirəni tərk ediblər. Tərəflərin aralıq nəticələri müzakirə etdikdən sonra məsləhətləşmələrə qayıtması gözlənilir.

Mayın 9-da HƏMAS hərəkatının rəsmi nümayəndəsi İzzət ər-Rişq bildirib ki, radikallardan ibarət nümayəndə heyəti Qahirəni tərk edərək Qətərin paytaxtı Dohaya gedib və anklavda vəziyyətin sabitləşdirilməsi planı ilə razılaşdığını təsdiqləyib. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
130
8
iqtisadiyyat.az

10Mənbələr