AZ

Pul müqabilində yazılan dissertasiya ilə dərəcə alan GƏNCLİK... - CƏRİMƏLƏNƏCƏKLƏR! 

Nə qədər qəribə səslənsə də, bu gün Bakı şəhərində bir sıra şirkətlər var ki, müəyyən məbləğin qarşılığında tələbələr üçün elmi məqalələr, referatlar, bakalavr və magistr diplom işləri yazmaqla məşğuldur.
Hətta iş o yerə çatıb ki, şirkətlər arasında daha ucuz qiymətə diplom işləri yazmaq uğrunda açıq rəqabət də gedir. Şüar isə adətən belə olur: Mövzunun adını verməklə hazır işi təhvil alırsınız!


Bu haqda qanunvericilikdə nə deyilir? Bu formada universiteti aldatmağa çalışan tələbələrə cəza tətbiq oluna bilər? Həmçinin bu yazıları tələbələr əvəzinə yazan digər şəxslər məsuliyyətə cəlb oluna bilər?


Hüquqşünas Ramil Süleymanov Referans.az" target="_blank">Referans.az-a açıqlamasında bu sualları cavablandırıb.




“Bu işləri mütləq şəkildə istifadə etdikləri materialları mənbə kimi göstərməyə borcludurlar. Bir çox hallarda ki, birbaşa köçürmələr olur. Tələbələr, magistrlar, doktorantlar mənbələrin elan olunmasından yayınırlar. Qeyd edim ki, istər xarici ölkələrdə, istərsə də Azərbaycanda yazılan magistr və doktor işləri üzrə vahid mövcuddur. Həmin portallarda yayımlanan elmi məqalələr bir müddət sonra eyni kateqoriyadan olan müəlliflərin qarşısına çıxdıqda o öz məqalələri, materialları ilə tanış olur və ona istinad olunmadığı təqdirdə bununla bağlı müvafiq ərizə ilə universitetə və ya institutun müvafiq şöbəsinə müraciət edərək bunu diqqətə çatdırır və onun məqaləsi ilə bağlı olan pozuntunu bildirir”.


Hüquqşünas qeyd edib ki, bu əməl gələcəkdə həmin dissertasiyanın ləğvinə də səbəb ola bilər.


“Qanunvericilikdə Cinayət Məcəlləsinin 165-ci maddəsinə görə, müəllifləik hüququ və əlaqəli hüquq obyektlərindən istifadə etmək, yəni, özgənin elmi əsərini sanki öz beyninin məhsulu imiş kimi təqdim etmə və ya bunu qanunsz olaraq yenidən dərs etdirmə 1000 manatdan 2000 manata qədər və ya 320 saatdan 480 saata qədər ictimai işlərlə cəzalandırılır. Qeyd edim ki, bu əməl yenidən təkrar olunduğu təqdirdə iki ilə qədər azadlıqdan məhrumedilmə cəzası da tətbiq oluna bilər”.

 

 

Fidan Vəlisoy

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
Mənbələr
Şərh ()
Bağla