AZ

“Onlar münaqişənin iştirakçısı olacaqlar”-Makqreqor- ÖZƏL

"Rusiya İngiltərə və Fransanın davamlı təxribatlarından yorulmuşdu və onlara başa saldı ki, onlar münaqişənin birbaşa iştirakçısına çevrilə bilərlər".

Olaylar.az xəbər verir ki, bu açıqlama ilə Pentaqonun keçmiş müşaviri, istefada olan polkovnik Duqlas Makqreqor çıxış edib.

"Onlar o qədər irəli gediblər ki, ukraynalılara bu silahları versək, Böyük Britaniya və Fransaya münaqişənin iştirakçısı kimi yanaşacaqlarını çatdırmağa çalışırlar.", - zabit X sosial şəbəkəsində yazıb.

Makqreqor vurğulayıb ki, artıq hamı bilir ki, xüsusi əməliyyat zonasındakı silahlara Şimali Atlantika Alyansı ölkələrinin hərbi qulluqçuları nəzarət edir.

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov NATO-ya üzv ölkələrin Ukraynadakı münaqişəyə müdaxiləsinin potensial olaraq ciddi təhlükə yaratdığını bildirib. Kreml həmçinin Ukrayna prezidenti Vladimir Zelenskinin internet saytında Qərb qoşunlarının ölkəyə yeridilməsinə çağıran petisiyanı təxribat adlandırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
olaylar.az

1Mənbələr