AZ

Daniele De Rossi: “Bayer”lə matçda səhvə haqqımız yoxdur”

“Roma”nın baş məşqçisi Daniele De Rossi Avropa Liqasının yarımfinalında “Bayer”lə səfərdəki cavab oyunundan gözləntilərini paylaşıb.

Arena.az xatırladır ki, İtaliya paytaxtı Romada keçirilmiş ilk oyunda “Bayer” “canavarlar” üzərində 2:0 hesablı inamlı qələbə qazanmışdı.

“Biz qol vurmaq üçün fürsətlər axtarmağa davam etməliyik. Çətin olacağını bilirik, amma biz bura qələbə üçün gəlmişik. Komandaya nə deyəcəm? Bilmirəm. Zaman-zaman çıxışlar hazırlayıram, bəzən ağlım gedib dəli oluram. Mən oğlanlarıma güvənirəm. İnanıram ki, yaxşı oyun nümayiş etdirib, kiçik möcüzə göstərəcəyik.

Səhvə haqqımız yoxdur. Xoşbəxtlikdən, biz hələ də vəziyyəti dəyişə bilərik, amma mükəmməl oynamalıyıq”, – UEFA-nın rəsmi saytı italyan mütəxəssisdən sitat gətirir.

Xatırladaq ki, komandalar arasında cavab oyunun bu gün, mayın 9-da Leverkuzenin “Bay Arena” statdionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
arena.az

1Mənbələr