AZ

Çin ABŞ-dan bunu tələb edir

Çin hakimiyyəti ABŞ-dan Rusiya Federasiyası ilə işlədiyinə görə 20-yə yaxın Çin və Honq Konq şirkətinə qarşı son sanksiyaları ləğv etməyi tələb edib.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə TASS Çin Ticarət Nazirliyinin rəsmi nümayəndəsi He Yadonq-a istinadən yazır.

 

“Birləşmiş Ştatlar Rusiya ilə ticarət əlaqələrini onun maraqlarına uyğun olaraq saxlayır və eyni zamanda Çin müəssisələrinə qarşı Rusiya ilə bağlı qondarma sanksiyaları tətbiq edir. Bu, tipik hədə-qorxu və iqtisadi məcburetmə siyasətidir”, - deyə spiker bildirib.

 

Mayın 1-dən Vaşinqtonun Rusiya və onun Türkiyə, Azərbaycan, Belarus və Çindən olan tərəfdaşlarına qarşı yeni məhdudlaşdırıcı tədbirlər paketi qüvvəyə minməyə başlayıb.

 

Moskva bu tədbirlərin nəticələrini dəyərləndirib. Kremlin sözçüsü Dmitri Peskovun sözlərinə görə, ABŞ-ın hərəkətləri Rusiyanın dost ölkələrlə münasibətlərini pozmağa qadir deyil.

 

Bundan əvvəl ABŞ süni intellekt sahəsində Çinə qarşı yeni sanksiyalar barədə düşünüb.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
135
34
oxu24.com

10Mənbələr