AZ

Türkiyə İsraillə ticarət məhdudiyyətlərini aradan QALDIRMAYIB

Türkiyə İsraillə ticarət məhdudiyyətlərini aradan qaldırmayıb.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Bolat Twitter hesabında yazıb.

“İsrail XİN rəhbərinin bəyanatları tamamilə uydurmadır və reallıqla heç bir əlaqəsi yoxdur. İsraillə ticarəti dayandırmaq qərarı İsrailin Qəzza zolağına hücumlarını dayandırmaq üçün şərtlərimiz yerinə yetirilənə qədər qüvvədədir”, – nazir qeyd edib.

Xatırladaq ki, bu gün səhər saatlarında İsrailin xarici işlər naziri Katz Türkiyənin yəhudi dövləti ilə bir çox ticarət məhdudiyyətlərini aradan qaldırdığını bildirib.

Xuraman Etibarlı

İnterpress.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
201
2
interpress.az

10Mənbələr