AZ

Əliyev olmasaydı, ölkə parçalanacaqdı - Şvıdkoy

Heydər Əliyevin iradəsi olmasaydı, Azərbaycan da olmaya bilərdi.

Axar.az Report-a istinadla xəbər verir ki, bunu Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy deyib.

“Bu gün 1990-91-ci ildən 1995-ci ilə qədər Azərbaycan tarixinin hadisələrini əks etdirən bir neçə tarixi sənədə və mənbəyə nəzər saldım. Bu dövr Azərbaycanda çevrilişlər, üsyanlar dövrüdür, ölkənin sadəcə olaraq parçalandığı, əhəmiyyətli bir hissəsinin işğal edildiyi vaxtdır. Heydər Əliyevin iradəsi olmasaydı, ölkənin parçalanmasının qarşısını almaq mümkün olmayacaqdı”, - Şvıdkoy bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
5
Mənbələr
Şərh ()
Bağla