AZ

İmişlidə Əsgər Abdullayev - Azər Həşimov dueli! - YENİLƏNİR

“İrəvan” “Difai Ağsu”nun müqavimətinı qıra bilmədi

Dünən futbol üzrə ölkə çempionatının 1-ci liqasında 25-ci tura start verildi. Açılış matçında “İrəvan” “doğma divarlar” arasında “Difai Ağsu” ilə qarşılaşdı.Oyun tərəflərin bütün cəhdlərinə baxmayaraq, qolsuz başa çatdı. Nəticənin hər iki komanda üçün sərfəli olduğunu qeyd edə bilərik. Ona görə ki, həm “İrəvan”, həm də “Difai Ağsu” təhlükəli zonadan bir qədər uzaqlaşdı. Əlbəttə, qələbə kollektivlərdən birini demək olar ki, xilas edəcəkdi. Lakin qalibin müəyyənləşməməsi buna maneə oldu.

Tura bu gün keçiriləcək qarşılaşmalarla yekun vurulacaq. Birinci matçda “Araz Saatlı” MOİK-i sınağa çəkəcək. Görüşün hansısa prinsipial əhəmiyyəti olduğunu desək, yanılarıq. Çünki meydan sahiblərinin 1-ci liqanı tərk edəcəyi rəsmiləşibsə, qonaqların çempion olması faktiki mümkün deyil. Burda ordu klubu daha istəkli çıxış edə bilər ki, mövsümü ilk “ üçlük”də bitirmək şansı yaxalasın. Amma bu da məhz komandanın öz əlində deyil. Axı növbəti oyunda “Şamaxı” “Karvan”ı sınağa çəkəcək. Ramiz Məmmədovun yetirmələri çempionluq mübarizəsindən qopmaq istəmirsə, məqsəd məhz 3 xala yiyələnmək olmalıdı. Bu baxımdan, rəqibin ötən tur “İmişli”ni məğlub edən (1:0) Yevlax təmsilçisi olduğu nəzərə alınmalıdı. Kənan Kərimovun komandası MOİK-i qabaqlamağa yaxındı. Belədə mövsümü 4-cü pillədə bitirmək arzusu yevlaxlıları şirnikləndirə bilər.

Günün üçüncü oyununu mövsümün ən həlledici matçlarından biri adlandırmaq yanlış olmaz. Bəli, “İmişli” evdə “Qaradağ Lökbatan”ı büdrətməyə çalışacaq. İstəyin reallaşması meydan sahiblərinin çempionluq iddiasını gücləndirəcək. Əksi baş versə, qonaqlar mövsümün qalibi olmaq planını böyük ölçüdə həyata keçirəcək. Qısası, İmişlidə Əsgər Abdullayevlə Azər Həşimov duelini izləyəcəyəyik.

Tura “Mingəçevir” – “Zaqatala” oyunuyla yekun vurulacaq. Qonşu pillələrdə qərarlaşan komandalar kimin güclü olduğunu aydınlıq gətirəcəksə, qalib bir pillə irəliləyəcək. Hər halda, ortababların qarşılaşması xal ehtiyatını artırmaqdan başqa nəyəsə yaramayacaq.

8 may
İrəvan – Difai Ağsu 0:0

9 may
Araz Saatlı – MOİK - 0:3
Elmir Rəhimzadə, 38-p; 47; 62.

Şamaxı – Karvan - 3:0
Emin Zamanov, 19. Qurban Səfərov, 38. Bəhruz Teymurov, 54.

İmişli – Qaradağ Lökbatan - 0:0

Mingəçevir – Zaqatala - 0:0

Xal durumu: Qaradağ Lökbatan – 52, Şamaxı – 48, İmişli – 46, MOİK – 42, Karvan – 38, İrəvan – 27, Zaqatala – 26, Mingəçevir 25, Difai Ağsu – 21, Araz Saatlı – 10.
Bombardirlər: Elşad Tağıyev (Şamaxı) – 15, Elmir Rəhimzadə (MOİK) – 13.

KƏNAN BAHADIR

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
football-plus.az

1Mənbələr