AZ

Avtobus zolağını saymayan sürücü

Bəzi sürücülərin avtobus zolağına ikrah və qəzəblə yanaşmasını hardasa başa düşmək mümkündür. Hər bir vətəndaşın nəyəsə münasibət bildirməsi təbii və konstitusion hüququdur. Sürücülərimizin çoxu velosiped və avtobus zolaqlarını lüzumsuz hesab edir. Hər kəs düşüncəsində azaddır. Lakin hansısa qaydanı pozmaq artıq azadlıq məfhumu ilə izah edilə bilməz. 

Avtosfer.az xəbər verir ki, bu foto 09 may tarixində saat 12.13-də, Bülbül prospektində, metronun Sahil stansiyasının girişində çəkilib. 10-VV-600 nömrə nişanlı lüks avtomobil qəza işıqlarını yandıraraq avtobus zolağında dayanıb. 18 saylı marşrutdakı iritutumlu avtobus isə bu maşına görə çətinliklə də olsa sola manevr edərək onsuz da sıx olan hərəkətin daha da çətinləşməsinə səbəb oldu. Maraqlıdır ki, sürücü də maşında idi və olanları görürdü. İş bununla bitmədi. Avtobus sürücüsü də bu zolaqdan istifadə edə bilmədiklərindən şikayətləndi.
Eyni ərazidən təxminən 10 dəqiqə sonra təkrarən keçəndə eyni avtomobilin eyni yolda, 20-30 metr irəlidə dayandığını gördüm və məndə belə bir sual yarandı: bu ərazidə kamera yoxdur, yoxsa sürücü 40 manatlıq cəriməni ümumiyyətlə böyük pul hesab etmir? 
Maraqlıdır ki, bu ərazidəki iaşə obyektlərinə gələn avtomobillər də baqajı açaraq zolaqda istədikləri qədər dayanırlar. Xüsusən də səhər və axşam saatlarında.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
avtosfer.az

1Mənbələr