AZ

Premyer Liqa: Mövsümün ən yaxşısı adına namizədlər açıqlandı

Futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) cari mövsümün ən yaxşısı adına namizəd oyunçuların və məşqçilərin siyahısı açıqlanıb.

Arena.az məlumat verir ki, İngiltərə Premyer Liqası müvafiq siyahını “X” sosial şəbəkəsindəki özünün rəsmi hesabı üzərindən dərc edib, məlumatlar qurumun rəsmi saytında da yerləşdirilib.

Beləliklə, İngiltərə Premyer Liqasında 2023/2024 mövsümünün oyunçusu mükafatına namizədlərin siyahısına aşağıdakı adlar daxildir:

  • Filip Foden (“Mançester Siti”);
  • Erlinq Haland (“Mançester Siti”);
  • Aleksander İsak (“Nyukasl”);
  • Martin Edeqor (“Arsenal”);
  • Koul Palmer (“Çelsi”);
  • Deklan Rays (“Arsenal”);
  • Vircil van Deyk (“Liverpul”);
  • Oli Uotkins (“Aston Villa”).

Xatırladaq ki, İngiltərə Premyer Liqasında ən sərrast futbolçuların siyahısına “Mançester Siti”nin norveçli mərkəz hücumçusu Erlinq Haland başçılıq edir. “Qolçu vikinq”in hesabında 25 qol var. “Çelsi”nin ingilis yarımmüdafiəçisi Koul Palmer 21 qolla 2-ci yerdə qərarlaşıb.

İngiltərə Premyer Liqasının 2023/2024-cü illər mövsümünün ən yaxşı məşqçisi mükafatına namizədlərin siyahısına daxil olan mütəxəssislər bunlardır:

  • Mikel Arteta (“Arsenal”);
  • Unai Emeri (“Aston Villa”);
  • Xosep Qvardiola (“Mançester Siti”);
  • Andoni İraola (“Bornmut”);
  • Yurgen Klopp (Liverpul).

Xatırladaq ki, hazırda İngiltərə Premyer Liqasının cari mövsümünün çempionluğu uğrunda “Mançester Siti” və “Arsenal” mübarizə aparırlar. Mikel Artetanın “topçular”ı 36 oyundan 83 xalla yarış cədvəlinin şərti liderləridir. Xosep Qvardiolanın “şəhərlilər”i isə 35 oyundan 82 xalla mümkün lider qismində “Arsenal”ı 2-ci pillədən daban-daban təqib edilər. İspan mütəxəssislərin mübarizəsi özünün zirvə nöqtəsindədir.

Alman mütəxəssis Yurgen Klopun “qırmızılar”ı – “Liverpul” 36 oyundan 78 xalla 3-cü pillədə yer alıb.

İspan mütəxəssis Unai Emerinin “Aston Villa”sı isə 67 xalla 4-cü pillədədir

Digər ispan mütəxəssis Andoni İraolanın “Bornmut”u isə 36 oyundan 48 xalla 10-cu yerdə qərarlaşıb.

Azarkeşlər may ayının 13-dək öz seçimlərini edə biləcəklər. Qalib mayın 18-də elan ediləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
32
arena.az

10Mənbələr