AZ

“Vətən naminə Tavuş” hərəkatının iştirakçıları İrəvana çatıb

“Vətən
Azərbaycanla sərhədlərin delimitasiyasına etiraz edən arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi "Vətən naminə Tavuş" müxalifət hərəkatının iştirakçıları İrəvana çatıblar. 1news.az bu barədə erməni KİV-lərə istinadən xəbər verir.
"Bu hərəkat zorakılıq haqqında deyil, barışıqdır. Xalqımız, ölkəmiz aşağılanmış vəziyyətdədir. Bu vəziyyəti düzəltməyin vaxtı gəlib", - deyə arxiyepiskop qeyd edib.

Qeyd edilir ki, İrəvanın Respublika meydanında böyük mitinq gözlənilir. Müxalifət hərəkatına onlarla siyasi və ictimai təşkilat, həmçinin, ziyalıların nümayəndələri öz həmrəyliklərini nümayiş etdiriblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
Mənbələr
Şərh ()
Bağla