AZ

Deputat: “Faşizm XX əsrdə dünyanın müxtəlif yerlərində fərqli formalarda təzahür edib”

Faşizm Üzərində Qələbə Günüdür. 1941-1945-ci illərdə faşist Almaniyası ilə mübarizədə 600 mindən çox azərbaycanlı iştirak edib. Onların yarısı vətəndən uzaqlarda həlak olub. 1945-ci ilin 9 mayı XX əsrin ən böyük dəhşəti olan faşizm üzərində təntənəni təcəssüm etdirsə də, kütləvi qətllər, itki, dağıntılar və insan faciəsinə səbəb olan bu bəlanın kökünü tam kəsmək mümkün olmayıb. Faşizm bütün XX əsrdə dünyanın müxtəlif yerlərində fərqli formalarda təzahür edib.
Yarım əsr öncə qlobal faşizmlə mübarizədə yüzminlərlə övladını itirmiş Azərbaycan XX əsrin sonlarında erməni faşizmi ilə üz-üzə qalıb, ərazilərinin beşdəbiri işğal olunub, onminlərlə şəhid verib, genosidə məruz qalıb. 2020-ci ilin 44 günlük müharibəsi xalqımızın tək ərazi bütövlüyünü bərpa uğrunda mübarizəsi deyil, həm də faşizmin müasir və qatı təzahürləri üzərində zəfərimizdir!
 Elnur Allahverdiyev
Millət vəkili

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
xalq.az

1Mənbələr