Kuba prezidenti Migel Diaz-Kanel Bermudes Rusiya lideri Vladimir Putinlə görüşdə Rusiyaya xüsusi hərbi əməliyyatın (SVO) keçirilməsində uğurlar arzulayıb.
Publika.az xəbər verir ki, onun sözlərini "RİA Novosti" sitat gətirir.
"Sizə və Rusiya Federasiyasına xüsusi hərbi əməliyyatın keçirilməsində uğurlar arzulayırıq", - dövlət başçısı bildirib.
Xatırladaq ki, bundan əlavə, o, NATO-nun Rusiya sərhədlərinə yaxınlaşması və Vaşinqtonun həyata keçirdiyi “geosiyasi manipulyasiya” mövzusuna da toxunub.
Daha əvvəl Kreml rəsmisi Dmitri Peskov bildirmişdi ki, Ali Avrasiya İqtisadi Şurasının iclasında Özbəkistan və Kuba prezidentləri müşahidəçi qismində iştirak edəcəklər.