AZ

"Şuşanın kurort əhəmiyyətli müalicəvi suları" adlı seminar keçirilib

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda "Şuşanın kurort əhəmiyyətli müalicəvi suları" adlı seminar keçirilib.

 

Nazirlikdən Aztibb.az-a bildirilib ki, tədbirdə kurort suların müalicəvi əhəmiyyətindən, orqanizmə profilaktik təsirindən, suların fiziki- kimyəvi tərkibindən, sanatoriyalarda həm süfrə suyu kimi, həm də vanna qəbulunda istifadəsindən geniş məlumat verilib.

 

Azərbaycanın mineral sularının ümumi ehtiyaclarının 39.6%- i işğaldan azad olunan rayonların payına düşür. Bildirilib ki, Şuşa ayna kimi saf və şəffaf, dadlı və təmiz, buz kimi soyuq sulu bulaqları ilə də məşhurdur. Bu bulaqlardan İsa bulağı, Turşsu bulağı, Saxsıbulaq, Soyuq bulaq, Daşaltı bulağı, Şorbulaq və s. göstərmək olar.

 

"Turşsu" mineral suyunun tərkibində dəmirin olması anemiyalı xəstələrin burada müalicə olunmasına imkan yaradır. "Şırlan" mineral suyundan isə, əsasən mədə- bağırsaq, maddələr mübadiləsinin pozulması və s. xəstəliklərin müalicəsində istifadə olunur. "Qotur" bulağına gəldikdə Daşaltı çayının kənarında yerləşir.

 

İlin bütün fəsillərində bulağın suyunun müalicəvi əhəmiyyəti geniş yayılmışdır və bulağın suyu bədəndəki qoturu, dəmrovu, ləkələri müxtəlif yaraları sağaldır. "Saxsı" bulağın suyu da öz tərkibinə və keyfiyyətinə görə daim diqqət mərkəzində olub. Bəzi məlumatlara görə, əvvəllər su saxsı borularla axdığına görə həmin bulağa "Saxsı" bulaq adı verilib.

 

Maraqla qarşılanan mövzuda müzakirələr aparılıb və suallar cavablandırılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
aztibb.az

1Mənbələr