AZ

Heydər Əliyev Fondu Samuxda yeni körpələr evi - uşaq bağçası inşa edib

Samux, 9 may, AZƏRTAC

Heydər Əliyev Fondu tərəfindən Samux şəhərində 80 yerlik yeni uşaq bağçası – körpələr evi inşa edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, Heydər Əliyev Fondunun əməkdaşı Cəmil Əliyev, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev və təhsil işçiləri uşaq bağçasının açılışında iştirak edib, burada yaradılan şəraitlə tanış olublar.

İkimərtəbəli bir korpusdan ibarət bağça zəruri mebel və avadanlıqla təchiz edilib. Binada metodika otağı, oyun zalı, yeməkxanalar, yataq otaqları, həkim otağı, musiqi və idman zalları və s. yaradılıb.

Bağçanın həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb, oyun meydançası salınıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
153
8
Mənbələr
Şərh ()
Bağla