AZ

Slovakiyada Ukrayna üçün milyonlarla avro toplanıb

Slovakiya sakinləri Ukrayna Silahlı Qüvvələrinə sursat almaq üçün dörd milyon avro toplayıblar. "Yeni Azərbaycan" xəbər verir ki, bu barədə "Ceske" məlumat yayıb. 

Nəşr qeyd edir ki, toplanan məbləğ 2692 artilleriya mərmisi almaq üçün kifayətdir. Onlar yayın sonuna qədər Ukraynaya transfer oluna bilərlər. Təşəbbüd qrupu bütün satınalmalarda məsləhətləşmələr aparır.

Portal aydınlaşdırıb ki, Slovakiyada pul yığımı aprel ayında Çexiyanın döyüş sursatı alınması təşəbbüsünün bir hissəsi kimi başlayıb. Fəalların ilkin hədəfi bir milyon avro idi. Aksiyada ümumilikdə 65 mindən çox insan iştirak edib. 

Xatırladaq ki, bundan əvvəl Çexiyanın maliyyə naziri Zbinek Staniura bəyan etmişdi ki, bəzi ölkələr anonim olaraq Ukrayna üçün mərmi almaq üçün Çexiya təşəbbüsünə qoşulub. 
Havar Şəfiyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
129
yeniazerbaycan.com

1Mənbələr