AZ

“Ermənistanın Rusiyadan başqa alternativi yoxdur” — Elmar Məmmədyarov

Xəbər verdiyimiz kimi dünən Moskvada Avrasiya İqtisadi İttifaqının yubiley tədbiri keçirilib. Tədbirdən sonra isə Vladimir Putinlə Nikol Paşinyanın təkbətək görüş baş tutub. Son dövrlərdə Ermənistan-Rusiya münasibətlərində müşahidə olunan soyuqlaşma fonunda iki ölkə liderlərinin görüşü maraqla gözlənilirdi. 

Yayılan məlumatlara görə, görüş zamanı əsas müzakirə mövzusu regional təhlükəsizlik olub. Erməni mətbuatının iddiasına görə isə müzakirələr nəticəsində Rusiya sərhədçilərinin Ermənistandan çıxarılması ilə bağlı razılıq əldə olunub.

Bəs, sözügedən görüş iki ölkə arasında münasibətlərin gedişinə necə təsir edəcək? 

Mövzu ilə bağlı Bizim.Media- ya danışan sabiq xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, məsələyə iqtisadi baxımdan yanaşsaq, Ermənistanın Rusiyadan uzaqlaşmaq kimi bir lüksü yoxdur:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
311
16
Mənbələr
Şərh ()
Bağla