AZ

"Yan xətt hakimi məndən üzr istədi və səhv etdiyini dedi"

"Bavariya" Çempionlar Liqası yarımfinal mərhələsinin cavab görüşü çərçivəsində səfərdə "Real"a 1:2 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, son dəqiqələrdə Almaniya təmsilçisinin sayılmayan qolu mübahisələrə səbəb olub. Qolun müəllifi Matteys de Liqt açıqlama verib. Niderlandlı müdafiəçi yan xətt hakiminin ondan üzr istədiyini bildirib:

"Hamımız qaydaları bilirik. Əgər ofsayd qərarı yüz faizlik deyilsə, oyunu davam etdirmək məcburiyyətindəsiz. Qayda budur. Baş verənlərin rəzalət olduğunu düşünürəm. Xoselunun vurduğu qol da demək olar ki, ofsayd idi. Amma hakim oyunu davam etdirdi. Biz niyə davam etmədik? Yan xətt hakimi məndən üzr istədi və səhv etdiyini dedi".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

phrase_var_article.chosen
196
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close

phrase_var_article.rating