AZ

Rusiyanın ən böyük şirkətindən rekord itki - “Qazprom” əmlaklarını satışa çıxarır

25 ildə ilk dəfə rekord itki ilə üzləşən "Qazprom" əmlakını satmağa başlayıb.

”AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, ötən gün Rusiyanın ən böyük şirkəti Moskva şəhəri və Moskva vilayətində olan iri daşınmaz əmlakları üçün alıcılar axtardığını elan edib. Onların arasında inzibati binalar, mehmanxanalar, sanatoriyalar və digər böyük tikililər var.

Ötən il planetin ən böyük ehtiyatlarına sahib olan şirkətin qaz biznesi gəlirsiz olub və şirkət 1,2 trilyon rubl ziyan edib. “Qazprom”un borcu isə Rusiya Milli Rifah Fondunun likvid hissəsinin(5 trilyon rubl) həcmini keçərək rekord həddə - 6,65 trilyon rubla çatıb.

Kremlin Ukraynaya qarşı müharibədə Qərbə təzyiq etmək, “Avropanı dondurmaq” üçün Avropa ölkələrinə qazın nəqlini dayandırması nəticəsində “Qazprom” əsas bazarından məhrum edilib. Ötən ilin nəticələrinə görə, “Qazprom” cəmi 69 milyard kubmetr qaz ixrac edib ki, bu da 1985-ci ildən bəri minimum göstəricidir. Beləliklə, “Qazpromun” qaz ixracı müharibədən əvvəlki səviyyə ilə müqayisədə üç dəfə(!) azalıb. Avropaya qaz tədarükü 1970-ci illərdəki 28 milyard kubmetr səviyyəsinə düşüb. Həmçinin, “Qazprom”-un hasilatı cəmi 404 milyard kubmetr təşkil edib və şirkətin mövcud olduğu 34 ildə ən aşağı həddə çatıb.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
1
azpolitika.info

2Mənbələr